“Nazarbayevlə Tokayev arasında aktivlərin bölüşdürülməsi gedir…” – “Çoxları Tokayevin tərəfinə keçir”

18.01.2022 - 17:16

Qazaxıstan mövzusu dünya mətbuatının gündəmində öz yerini qorumaqdadır.

Ötən gün İngiltərənin məşhur “The Guardian” qəzeti Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevlə bağlı məqalə dərc edib.

Məqalədə Qazaxıstanda etibarlı mənbələri olan bir Qərb diplomatına istinadla bildirilir ki, Nursultan Nazarbayevin ölməsi ilə bağlı məlumatlar yalandır (Yazı Nursultan Nazarbayevin xalqa müraciətindən əvvəl dərc olunub-red.) və hazırda Nazarbayevlə Prezident Kasım-Jomart Tokayev arasında aktivlərin yenidən bölüşdürülməsi prosesi gedir. Qeyd olunur ki, uzun illərdən bəri Nazarbayevin ailəsinin və ətrafının topladığı kapital fantastik dərəcədə çoxdur və indi nələrisə bölüşməyin vaxtı çatıb.

Yazıda o da qeyd olunur ki, Tokayev ölkədə baş qaldıran etirazlardan Nazarbayevi hakimiyyətdən və nüfuzdan məhrum etmək üçün istifadə edə bilib.

Sabiq nazir və Nazarbayevin keçmiş köməkçisi Ermuxamet Ertısbayev isə qəzetə açılamasında Nazarbayevin Qazaxıstanda olduğunu və Tokayevlə danışıqlar apardığını bildirib: “Danışıqlar davam edir, ancaq aydındır ki, Nazarbayev erası bitib. Artıq çoxları Nazarbayevin düşərgəsindən Tokayevin tərəfinə keçir…”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=169615

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930