cumhuriyyet.net
Ermənistanda ehtiyatda olan zabitlər təlimlərə ÇAĞIRILDI • Cumhuriyyət
Ermənistan Müdafiə Nazirliyi bu il aprelin 1-dən iyunun 30-dək ehtiyatda olan hərbçilər üçün təlim-məşq toplanışları keçirməyi planlaşdırır. Təlimlərə hərbi nəqliyyat maşınları da cəlb olunacaq. Təlimlərdə 1205-i sıravi və kiçik rütbəli, 65-i yuxarı rütbəli, 130-u raket və artilleriya ixtisasları üzrə ehtiyatda olan zabitlər olmaqla 1400-dək şəxsin iştirak edəcəyi bildirilir. Hərbi nəqliyyat vasitələrinin isə 136-ya çatacağı qeyd edilir.
nesimi