İrəvandakı aksiyada Köçəryanın oğlu SAXLANILDI

03.05.2022 - 13:03

İrəvanda keçirilən etiraz aksiyası zamanı polis əməkdaşları Ermənistanın ikinci prezidenti Robert Köçəryanın kiçik oğlu Levon Köçəryanı saxlayıblar.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Levon Köçəryan Facebook səhifəsində yazıb.

Kiçik Köçəryan bildirib ki, onu Nor Nork rayonundakı polis bölməsinə aparıblar.

Ermənistan polisinin yaydığı məlumata görə, İrəvan küçələrində nəqliyyatın hərəkəti artıq bərpa olunub.

“Bu gün səhər saatlarında İrəvanın bir sıra küçələrində yolayrıcları bağlanaraq etiraz aksiyaları keçirilib. Polisin çevik tədbirləri sayəsində yolayrıcları qısa müddətdə açılıb, tıxaclar aradan qaldırılıb. Hazırda küçələrdə müntəzəm hərəkət rejimi yaradılıb”, – məlumatda deyilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174410

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930