Putin İsrail Baş naziri ilə danışıqlar apardı
Rusiya prezidenti Vladimir Putin və İsrail Baş naziri Naftali Bennet arasında telefon danışığı baş tutub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Naftali Benneti və İsrail xalqını bu gün qeyd olunan milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edib.
Telefon danışığı zamanı Rusiya-İsrail münasibətlərinin daha da inkişaf etdirilməsi və iki ölkə arasında faydalı əlaqələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.
Qeyd edək ki, son günlər Rusiya və İsrail arasında gərginlik yaşanıb. Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna lideri Volodimir Zelenskini Hitlerə bənzətməsi və Hitlerin babasının yəhudi olduğunu deməsi İsraildə narazılıqla qarşılanıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=174576