“Zarafat deyil, Putin dəli olub” – Prezidentin yaxın adamı

09.05.2022 - 16:57

Rusiya lideri Vladimir Putinə yaxın olduğu iddia edilən oliqarxlardan biri prezidentin psixi problemlərinin olması barədə rusiyalı milyarderlərə xəbərdarlıq edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Putinə yaxın mənbə Britaniyanın “Dailymail” qəzetinə danışıb.

Xəbərdarlıqdan sonra rusiyalı milyarderləri narahat edən əsasən məsələ ölkə başçısının psixi sağlamlığı olub.

Doğrudur, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin 2 ayı geridə qoysa da, Rusiya Prezidenti Putinlə bağlı iddialar səngimək bilmir. Onun səhhəti həm Rusiyada, həm də dünyada ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

Rusiya liderinə yaxınlığı ilə tanınan oliqarx (təhlükəsizliklə əlaqədar adı açıqlanmayıb-red) milyarder dostlarına deyib ki, Putinin səhhətinin getdikcə pisləşməsi və dəli olması ilə bağlı yayılan xəbərlər zarafat deyil. Onun sözlərinə görə, Putinin psixi durumu nüvə silahından istifadə ehtimalını real təhlükəyə gətirib çıxara bilər.

Mənbənin Rusiyada çox məşhur biri olduğu, Putini onilliklər ərzində yaxından tanıdığı deyilir.

Həmin şəxsin dediyinə görə, rusiyalı milyarderlər arasında ciddi narahatlıq müşahidə edilir. Müharibənin əleyhinə olanlar susurlar, çünki bilirlər ki, Putinə meydan oxumaq təhlükəlidir, bu səbəbdən onların hamısı çox narahatdır.

Rusiyalı analitik və araşdırmaçı jurnalist Christo Grozev iddia edir ki, Putinin xərçəng olduğuna inanan milyarderlər artıq liderlərinə etibar etmirlər.

“Məndə Putinin səhhəti ilə bağlı dəqiq məlumat yoxdur. Oliqarxlar da daxil olmaqla, Putinə yaxın olan hər kəs onun xəstə olduğuna inanır. Bu, Rusiyanın daxili siyasətində mühüm vəziyyətdir. İnsanlar düşünür ki, Putin onların qarantı ola bilməz”,- Qrozev deyib.

Rusiya Prezidenti Putin, xüsusən də Ukrayna müharibəsi başlayandan bəri ekranda çox görünmür. Bu gün Moskvada keçirilən 9 May Qələbə paradından başqa, sonuncu dəfə Pasxa mərasimində ictimaiyyət önünə çıxan Rusiya liderinin hərəkətləri növbəti dəfə müzakirə mövzusu olub.

Mərasim zamanı asta tonla olan, daim dodaqlarını dişləyən və həddindən artıq əsəbi görünən Putin parkinson xəstəliyindən əziyyət çəkməsi barədə iddiaları yenidən aktuallaşdırıb.

Putinin hərəkətlərini araşdıran ekspertlər iddia edirlər ki, 69 yaşlı Rusiya liderində parkinson xəstəliyinin aşkar əlamətləri var, lakin Kreml bu iddiaları israrla rədd edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174781

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930