Rus əsgərlərdən Putinə ETİRAZ: “Ukraynada ölmək istəmirik”

11.05.2022 - 14:17

Rusiyalı gənclərin böyük əksəriyyəti Ukraynaya qarşı müharibədə iştirak etmək istəmir və onlar ümumi səfərbərlik perspektivini mənfi qəbul edir.

Cumhuriyyet.az xəbər verir ki, bu fikirlər rus əsgərlərin sosial şəbəkələrdə yayılan videogörüntülərində əks olunub.

Rusiyalı əsgərlər söhbət zamanı Ukraynada ölmək istəmədiklərini bildiriblər.

“Hamımızı ölümə göndərirlər. Amma bizim mənafeyimiz üçün uyğun deyil. Ukraynada ölmək bizə lazım deyil. Başqalarının maraqları üçün ölməyi normal hesab etmirəm”, – əsgərlərdən biri deyib.

Digər hərbi qulluqçu isə bildirib ki, əvvəlcə Rusiya Federasiyasında faşizmi məğlub etmək lazımdır:

“Yalnız bundan sonra antifaşizmin ixracı ilə məşğul olmaq lazımdır. Əlbəttə, Vladimir Vladimiroviçin fikirlərini diqqətlə izləyirik. Məncə, o, ümumi səfərbərlik etsə, o zaman onun hakimiyyətdə nə qədər qaldığını saatlarla saymaq olar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930