Ərdoğan Finlandiya və İsveçin NATO-ya qəbul edilməsini İSTƏMƏDİ

13.05.2022 - 17:04

Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbulu ətrafında gedən prosesləri izləyir və hələlik buna müsbət baxa bilmir.

Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz prosesi izləyirik. Bu məsələ ilə bağlı müsbət fikrimiz yoxdur. Çünki bundan əvvəl Yunanıstanla bağlı səhv olub. Yunanıstanın Türkiyə ilə bağlı alyansdakı davranışından xəbəriniz var. Biz istəmirik, ki, ikinci səhvə yol verək”.

Ərdoğan deyib ki, Skandinaviya ölkələrində terrorçuları parlamentə buraxmaq kimi “qonaqpərvərlik” vərdişi var.

“Ona görə də biz hələlik buna müsbət baxa bilmərik”, – deyə Ərdoğan bildirib.

Finlandiya və İsveç rəhbərləri Rusiyanın Ukraynadakı müharibəsi fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv olmaq imkanlarından danışmağa başlayıb. Alyansın rəhbəri Yens Stoltenberq qeyd edib ki, NATO Finlandiya və İsveçi öz sıralarında görməkdən şad olacaq və onlara tez bir zamanda qoşulmaq imkanı verəcək.

Rusiya isə bəyan edib ki, NATO-nun daha da genişlənməsi Avropaya böyük təhlükəsizlik gətirməyəcək.

Siyasi ekspertlər deyirlər ki, Türkiyə etiraz etsə, Finlandiya və İsveç NATO-ya üzv ola bilməyəcək. Çünki NATO-ya yeni üzvlərin daxil olması üçün bu hərbi ittifaqın bütün üzvlərinin razılığı lazımdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=174975

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930