G7-dən Ukraynadakı müharibəyə görə Çinə XƏBƏRDARLIQ

14.05.2022 - 20:30

Ukraynadakı müharibə yoxsul ölkələri təhdid edən qlobal ərzaq və enerji böhranına təkan verir və Rusiya buğdanın Ukraynadan tədarük edilməsinə icazə vermədiyi üçün taxıl anbarlarının yenidən açılması üçün təcili tədbirlər görülməlidir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə G7 (Böyük yeddilik) ölkələrinin xarici işlər nazirlərinin 3 günlük görüşündən sonra verilən bəyanatda qeyd olunub.

Almaniyanın Baltik sahillərində keçirilən görüşdən sonra verilən bəyanatda G7 Çini beynəlxalq sanksiyalara riayət etməməklə və ya Moskvanın Ukraynadakı hərəkətlərinə haqq qazandırmaqla Rusiyaya kömək etməməyə çağırıb.

“Rusiyanın aqressiv müharibəsi müasir tarixin ən ciddi qida və enerji böhranlarından birinə səbəb olub və bu böhran hazırda dünyanın ən həssas əhalisini təhdid edir”, – G7-nin bəyanatında deyilir.

“Biz qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün koordinasiya edilmiş çoxtərəfli cavab tədbirlərini sürətləndirməyə və bu baxımdan ən həssas tərəfdaşlarımızı dəstəkləməyə sadiqik”, – deyə bəyanatda qeyd olunub.

G7 Pekindən “Ukraynanın suverenliyini və müstəqilliyini dəstəkləməyi və onun təcavüzkar müharibəsində Rusiyaya kömək etməməyi” xahiş edib.

Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-ın daxil olduğu G7 həmçinin Çini “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini qanuniləşdirmək üçün informasiya, dezinformasiya və digər vasitələrlə manipulyasiya etməkdən çəkinməyə” çağırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175090

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031