Zelenskidən rusyönümlü partiyalara QADAĞA
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyayönlü siyasi partiyaların fəaliyyətini qadağan edən qanun layihəsini imzalayıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Mayın 3-də Ali Radanın 330 deputatı qanunun lehinə səs verib. Mayın 6-da sənəd imzalanmaq üçün prezidentə göndərilib.
Bu gün Zelenski qanunu imzalayıb. Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Short URL: https://www.cumhuriyyet.net/?p=175110