Ukrayna Rusiya ilə danışıqları niyə dayandırıb?

17.05.2022 - 20:45

Həqiqətən, Rusiya ilə danışıqlar prosesinə fasilə verilib.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

 

O qeyd edib ki, bunun səbəblərindən biri Rusiyanın hazırda dünyada baş verən prosesləri başa düşməməsidir.

 

“Rusiya stereotipik düşüncə nümayiş etdirir. İkincisi, Rusiya başa düşmür ki, heç bir mənada müharibə artıq Rusiyanın qaydaları, qrafiki və ya planları ilə uyğun getmir. Ukraynanın müqaviməti və peşəkar müqaviməti getdikcə artır. Buna görə də Rusiya Federasiyası heç bir məqsədinə çatmayacaq”, – deyə Podolyak bildirib.

 

O, həmçinin vurğulayıb ki, İstanbul kommünikesindən sonra heç bir dəyişiklik, irəliləyiş olmayıb, lakin istənilən müharibə danışıqlar masası arxasında bitdiyi üçün danışıqlar gec-tez davam etdiriləcək. Onun sözlərinə görə, indi danışıqlara Ukrayna Prezidenti Volodimir Zelenski moderatorluq edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175303

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031