Lukaşenko: “Mobil telefon işlətmirəm”

20.05.2022 - 15:25

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, o, şəxsən mobil telefondan stifadə etmir.

Cumhuriyyet.az xəbər verir ki, pioner hərəkatının 100 illik yubileyində çıxış edən A.Lukaşenko mobil telefondan istifadə etməməyini təhlükəsizlik baxımından izah edib.

O, həmçinin uşaqlara və gənclərə də telefonlara daha az diqqət etməyi və hər zaman internetdən “asılmamağı” tövsiyə edib.

Bildirib ki, mobil telefondan ilk növbədə öz əsas məqsədi – rabitə vasitəsi kimi, internetdən lazımi məlumatı əldə etmək üçün istifadə edilməlidir.

Prezident mobil rabitəni bəşəriyyətin böyük nailiyyəti hesab etsə də, onun fikrincə, bunun mənfi tərəfləri də var.

“Bəzən telefonla “oynamağı” bir kənara qoyub, real həyatla məşğul olmaq lazımdır. Və ondan yalnız lazım olanda istifadə edin. Telefon ilk növbədə ünsiyyət vasitəsi və internetə çıxış imkanıdır. Lazım olan məlumatları əldə etmək üçün internetdən istifadə edilməlidir. Amma hər zaman orada qurdalanmaq lazım deyil”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175520

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930