ABŞ Ermənistana 3 milyard dollar ayırıb

20.05.2022 - 15:28

ABŞ səfiri Lin Treysi bildirib ki, 1992-ci ildən bəri Amerika Ermənistana sosial inkişaf və demokratiyanın bərqərar olması üçün 3 milyard dollar ayırıb.

Cumhuriyyet.az Ermənistan KİV-lərinə istinadən deyib ki, ABŞ səfiri həmin vəsaitin demokratiyanın stimullaşdırılması, demokratik təsisatların qurulması, korrupsiyaya qarşı mübarizə, iqtisadiyyatın inkişafına yönəldildiyini qeyd edib.
Onun sözlərinə görə, insan kapitalına qoyulan sərmayə ən vacib məsələ kimi demokratiyanın inkişafına imkan verir. Bu kontekstdə o, yaxşı nümunə kimi Ermənistanın Amerika Universitetinin fəaliyyətini və müxtəlif təhsil proqramlarını qeyd edib.

Treysi ABŞ-ın Ermənistanda gələcək proqramlarından da danışıb. O, ABŞ-ın cəmiyyətin müəyyən qruplarının – qadınların, əlilliyi olan şəxslərin və LGBT icmasının üzvlərinin hüquqlarının müdafiəsinə yönəlmiş proqramlar həyata keçirmək niyyətini xüsusilə vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175524

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930