Kraliçanın şərəfinə 8 şəhər salındı
Böyük Britaniyada 8 yeni şəhər salınıb.
Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni şəhərlər Kraliça II Elizabetin Yubileyinin qeyd olunması şərəfinə yaradılıb.
Məlumata görə, Folklend adalarının Stenli, Şimali İrlandiyanın Banqor, Şotlandiyanın Dunfermline, Uelsin Wrexham, Men Adasının bir hissəsi olan Duqlas, Kolçester, Donkaster və Milton Keyns yeni yaradılan şəhərlərdir.
Short URL: https://www.cumhuriyyet.net/?p=175674