Bayden “Meymun çiçəyi”ndən danışdı: “Narahatıq”

22.05.2022 - 21:15

ABŞ prezidenti Co Bayden “Meymun çiçəyi” xəstəliyi barədə danışıb.

 

Cumhuriyyet.az xəbər verir ki, o, Yaponiyaya səfər edərkən jurnalistlərin suallarını cavablandırıb.

 

Bayden bildirib ki, Avropada və ABŞ-da “Meymun çiçəyi”nin aşkarlanması hər kəsi narahat etməlidir.

 

“Ona narahatedicidir ki, yayılarsa, nəticələri olacaq”, – ABŞ prezidenti virusun yayılmasını şərh edərkən deyib. O əlavə edib ki, hansı peyvəndin ən təsirli ola biləcəyini müəyyən etmək üçün iş aparılır.

 

Qeyd edək ki, “Meymun çiçəyi” virusu üçün xüsusi olaraq hazırlanmış peyvənd yoxdur, lakin çiçək xəstəliyinə qarşı peyvəndlər “Meymun çiçəyi” ilə oxşarlığına görə yaxşı qorunma təmin edə bilər.

 

“Meymun çiçəyi” xəstəliyinin ilk əlamətləri qızdırma, başağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur. Adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir.

 

Virus Böyük Britaniyadan başqa İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, ABŞ, Kanada və Avstraliyada da aşkarlanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=175679

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930