Ərdoğan Zelenski ilə də DANIŞDI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Ukraynadakı hazırki vəziyyət müzakirə olunub.
Ərdoğan Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı dəhlizin yaradılmasının Türkiyə üçün xüsusi önəm daşıdığını bildirib.
Qeyd edək ki, bir neçə saat əvvəl Ərdoğan Rusiya Prezidenti Putinlə də danışıqlar aparıb.
Short URL: https://www.cumhuriyyet.net/?p=175932