ABŞ-da yüksək səsli it hürməsi qanun pozuntusu kimi qəbul olundu

03.06.2022 - 22:48

ABŞ-ın Şimali Karolina ştatının Qrem bölgəsində itin yüksək səslə hürməsi yerli səssizlik qanununun pozulması kimi qəbul olunub.

Bu barədə WRAL məlumat yayıb.

Yerli qanunun normalarına əsasən, səsin müəyyən edilmiş yüksəklik həddini aşması ancaq hər hansı zərurətlə əsaslandırılmalıdır.

Rayon prokurorunun qərarına əsasən, yeddi yaşlı “Leo” ləqəbli böyük pireneyin hürməsi bu qaydanın pozulması hesab olunub.

Qeyd olunub ki, itin sahiblərinə kompromis həll yolu – səs tellərinin çıxarılması təklif olunub.

“Mən etiraf edirəm ki, mənim bölgəm üzrə rayon prokurorunun köməkçisi şəhərin səssizlik qaydalarının pozulmasının mümkün həlli kimi itin səs tellərinin cərrahi yolla çıxarılmasını təklif edib. İstər zarafatla deyilmiş olsun, istərsə ciddi, bütün hallarda bu təklif yersiz idi”, – deyə rayon prokuroru Eşli Uelç katibin təklifi ilə bağlı fikirlərini bildirib.

Heyvanın sahibləri yerli hakimiyyətin qərarından narazı olduqlarını və məhkəmə prosesinə davam etməyi planlaşdırdıqlarını bildiriblər.

Mənbə: Gazeta.ru

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=176204

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930