“Ukrayna taxılını Belarus vasitəsilə ixrac etmək olar” – PUTİN

03.06.2022 - 23:24

Rusiya prezidenti Vladimir Putin Moskvanın Ukrayna limanlarından taxıl ixracına mane olmadığını bildirib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, “Rossiya” telekanalına müsahibəsində danışıb.

Putin qeyd edib ki, hazırda ən yaxşı həll yolu taxılın Belarus vasitəsilə daşınması ola bilər.

Rusiyanın ixrac qadağası ilə bağlı xəbərləri “blef” adlandıran Putin Qərb dövlətlərinin qlobal ərzaq bazarındakı problemlərdə Rusiyanı günahlandıraraq öz siyasi səhvlərini ört-basdır etməyə çalışdıqlarını deyib.

“Əgər kimsə Ukrayna taxılının ixracı problemini həll etmək istəyirsə, ən asan yol Belarusdan keçir. Buna heç kim mane olmur. Amma bunun üçün Belarusa tətbiq olunan sanksiyalar ləğv edilməlidir”, – deyə Putin vurğulayıb.

Akif İsmayılov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=176206

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930