Baydenin İsrailə səfəri və İran müzakirəsi

21.06.2022 - 23:42

ABŞ Dövlət katibi Entoni Blinken və İsrail xarici işlər naziri Yair Lapid arasında telefon danışığı olub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə gözlənilən səfərini müzakirə ediblər.

Qeyd olunub ki, Baydenin səfəri “prezidentin İsraillə dərin şəxsi əlaqəsini, ABŞ-ın regionda təhlükəsizliyin təmin edilməsinə və İsrailin güclənməsinə sadiqliyini” vurğulamaq imkanı verəcək.

“Səfər region və İrana qarşı mübarizə üçün mühüm təsirlərə, regional sabitlik və təhlükəsizliyin əhəmiyyətli dərəcədə artırılması üçün böyük potensiala malikdir”, – İsrail Xarici İşlər Nazirliyi bəyan edib.

Lapid Blinkenə Türkiyə hökuməti ilə birgə antiterror fəaliyyətləri barədə məlumat verib.

Co Bayden iyulun 13-16-da ABŞ prezidenti kimi ilk dəfə Yaxın Şərqə səfər edəcək. Amerika lideri İsrailə, İordan çayının qərb sahilinə, Səudiyyə Ərəbistanına gedəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177313

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930