Bayden rusları barbar adlandırdı
ABŞ Prezidenti Co Bayden bu gün Kiyevə raket hücumunu Rusiya barbarlığının nümunəsi adlandırıb.
Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bunu Almaniyanın Elmau qəsrində keçirilən G7 sammiti çərçivəsində Ukrayna paytaxtının atəşə tutulmasını şərh edərkən deyib.
“Bu, daha çox onların barbarlığının nümunəsidir”, – ABŞ lideri bildirib.
Xatırladaq ki, bu gün Rusiya qoşunları Kiyevin Şevçenkovski rayonuna raket zərbəsi endirib. Hücum nəticəsində ən azı 5 nəfər yaralanıb, bir nəfər ölüb.
Short URL: https://www.cumhuriyyet.net/?p=177531