Zelenski müttəfiqləri Ukraynanı daha çox dəstəkləməyə çağırdı

29.06.2022 - 11:39

“Rusiyanın başlatdığı genişmiqyaslı müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Amerikanın NBC telekanalına müsahibəsində prezident Vladimir Zelenski deyib.

“Müharibə mütləq bitəcək və mən əminəm ki, Ukraynanın qələbəsi ilə başa çatacaq. Nə qədər ağır olsa da, biz işğalçıları öz torpağımızdan çıxarmalıyıq. Bacardığımız qədər bunu edəcəyik, müharibə başqa necə bitə bilər?”.

Dövlət başçısı müttəfiqləri Ukraynaya daha çox dəstək verməyə çağırıb.

“Biz yeni dövlət quracağıq. Arzulanan dövlət”, – prezident əlavə edib.

Vladimir Zelenski deyib ki, BMT Təhlükəsizlik Şurası terrorçu ölkələri cəzalandırmaq üçün qanuni hüquqlar almalıdır. O, Təhlükəsizlik Şurasını Kremençuka hücumu terror aktı kimi tanımağa çağırıb.

“Təklif edirəm ki, bəyanat verilsin, bunun terror aktı olduğuna dair qərar qəbul edilsin. Və bunun həqiqətən Rusiya ərazisindən hücum olduğunu yoxlamaq üçün araşdırılma aparıla bilər “, – prezident deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177674

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031