Zelenski Putindən danışdı: “O, həqiqətən xəstədir”

29.06.2022 - 12:48


“Rusiya prezidenti Vladimir Putin həqiqətən xəstədir. Lakin onun xəstəliyi bildiyimiz xəstəliklər bir qədər daha mürəkkəbdir”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Amerikanın NBC telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Putinin xəstəliyi ukraynalılara münasibətlə bağlıdır.

“Vladimir Putinlə bağlı əslində nə baş verdiyini bilmirəm. Amma düşünürəm ki, onun ciddi xəstəliyi var, bu da sizin bildiyiniz xəstəliklərdən daha mürəkkəbdir. O, Ukrayna xalqına hörmətsizlik etmək, torpaqlarımızda vəhşilik törətmək, insanlarımızı əsir götürmək, işgəncələr vermək xəstəliyinə yoluxub”, – prezident deyib.

Zelenski vurğulayıb ki, Rusiyada təkcə Putin xəstə deyil.

“Təəssüf ki, bu, bir nəfərin məsələsi deyil. Rusiya prezidentinin ətrafındakı bir çox insanlar da Ukraynaya münasibətdə xəstədirlər: şişirdilmiş ambisiyalar, beynəlxalq hüquqa, insanların həyatına hörmətsizlik… Onlar üçün bu heç nə deyil. Bizim üçünsə bu dövlətimiz üçün təhlükəli xəstəlikdir”, – deyə o bildirib.

Qeyd edək ki, müxtəlif ölkələrin bir sıra ekspertləri və mediası Vladimir Putinin xəstə olduğunu iddia edir. Xüsusən də Rusiya prezidentinə müxtəlif növ xərçəng növləri, həmçinin şizofreniya, demans və Parkinson xəstəliyi aid edilib. Mayın sonunda Rusiya rəhbərinin əməliyyat olunduğu barədə məlumat da yayılıb.

İyunun əvvəlində Rusiya prezidentinin keçmiş dostu və keçmiş bankir Sergey Puqaçov Putinin xərçəng xəstəsi olduğunu söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177681

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031