NATO İsveç və Finlandiya ilə bağlı qərar verdi

29.06.2022 - 18:54


NATO İsveç və Finlandiyanı rəsmi olaraq ABŞ-ın rəhbərlik etdiyi hərbi alyansa qoşulmağa dəvət edib.

Cumhuriyyet.az xəbər verir ki, NATO-nun bu gün İspaniyanın paytaxtı Madriddə keçirilən zirvə görüşündə bəyanat qəbul edilib.

“Bu gün biz Finlandiya və İsveçi NATO-ya üzv olmağa dəvət etmək qərarına gəldik və üzvlük protokollarını imzalamağa razılaşdıq”, – NATO dövlət və hökumət başçıları bəyanatda bildiriblər.

“Şimali Atlantika Alyansına istənilən qoşulma zamanı bütün müttəfiqlərin qanuni təhlükəsizlik maraqlarının lazımi qaydada nəzərə alınması həyati əhəmiyyət kəsb edir.

Bu baxımdan Türkiyə, Finlandiya və İsveç arasında üçtərəfli memorandumun bağlanmasını alqışlayırıq. Finlandiya və İsveçin qoşulması onları daha təhlükəsiz, NATO-nu daha güclü və Avro-Atlantik məkanı daha təhlükəsiz edəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177759

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031