Rusiya dünya üçün təhlükə yaradır – NATO

29.06.2022 - 19:03


NATO-nun Madrid Sammitinin yekun deklarasiyası qəbul olunub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi məlumatında bildirilib.

“NATO müdafiə alyansıdır və heç bir ölkə üçün təhlükə yaratmır. NATO bizim kollektiv müdafiəmizin təməli və müttəfiqlər arasında təhlükəsizlik məsləhətləşmələri və qərarlar üçün vacib forum olaraq qalır”, deklarasiyada bildirilib.

Yekun deklarasiyada müttəfiq ölkələrin liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini ən sərt şəkildə pisləyir, bunun beynəlxalq təhlükəsizliyi və sabitliyi ciddi şəkildə pozduğunu bəyan edirlər.

Onlar bildirir ki, Rusiya həmçinin hərbi əməliyyatları ilə dünyada milyardlarla insana təsir edən ərzaq və enerji böhranını qəsdən şiddətləndirib. Müttəfiqlər Ukrayna taxılının ixracını təmin etmək və qlobal ərzaq böhranını yüngülləşdirmək istiqamətində beynəlxalq səyləri dəstəkləmək üçün yaxından işləyirlər: “Biz Rusiyanın yalanlarına qarşı durmağa və onun məsuliyyətsiz ritorikasını rədd etməyə davam edəcəyik. Rusiya dərhal bu müharibəni dayandırmalı və Ukraynadan çıxmalıdır. Belarus bu müharibədə iştirakına son qoymalıdır”.

NATO müttəfiqləri bildirir ki, Ukrayna ilə həmrəy olduqlarını bəyan ediblər:

“Biz Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi suları da daxil olmaqla, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha bəyan edirik. Biz Ukraynaya dəstək verən bütün müttəfiqlərin səylərini alqışlayırıq. Rusiya Federasiyası Müttəfiqlərin təhlükəsizliyinə, Avro-Atlantik məkanda sülh və sabitliyə ən böyük və birbaşa təhdiddir.

Terrorizm bütün forma və təzahürlərində xalqlarımızın təhlükəsizliyinə, beynəlxalq sabitlik və rifaha birbaşa təhdid yaratmağa davam edir. Biz terrorizmi qəti şəkildə rədd edir və ən sərt şəkildə pisləyirik. Müttəfiqlər qətiyyət və həmrəyliklə Rusiyanın təhdidlərinə qarşı durmağa və onun düşmənçilik hərəkətlərinə cavab verməyə və beynəlxalq hüquqa uyğun şəkildə terrorizmlə mübarizəyə davam edəcək”.

Yekun deklarasiyada NATO müttəfiqləri bəyan edir ki, bütün təhdid və təhlükələrə qarşı NATO cavab verəcək və yeni düzənə adaptasiya olacaq:
”Biz bütün Müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün uzun müddət üçün çəkindirmə və müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcəyik. Biz bunu quru, hava, dəniz, kiber və kosmos sahələrində və bütün təhdid və çağırışlara qarşı 360 dərəcə yanaşmamıza uyğun olaraq edəcəyik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177770

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031