Ermənistan parlamentində gərginlik – deputatların vəzifələri geri alınır

01.07.2022 - 12:40

Bu gün Ermənistan müxalifətinin “Müqavimət” hərəkatı parlament binasının girişində etiraz aksiyası keçirir.

Xatırladaq ki, hakim “Mülki müqavilə” partiyasının parlament fraksiyası iyulun 1-də növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə müraciət etmişdi. Müraciətdə “Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən geri çağırılması, habelə Vahe Akopyanın parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi haqqında qərar layihələrinin gündəliyə salınması təklif olunub.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda parlamentin iclasında İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən məhrum edilməsi, habelə Vahe Akopyanın parlamentin daimi komissiyasının sədri səlahiyyətlərinə xitam verilməsi üçün gizli səsvermə keçirilir.

Səsvermə saat 11:30-da başlayıb və 12:15-dək davam edəcək. Parlament müxalifəti özü də iclasda iştirak etmir və etiraz aksiyası keçirir.

Qeyd edilir ki, müxalifət deputatlarını vəzifələrindən məhrum etmək yalnız ilk addımdır. Hakimiyyət 10 deputatın daimi olaraq mandatdan məhrum edilməsi imkanını da nəzərdən keçirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177844

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031