Şoyqu Putinə hesabat verdi: Ukrayna iki həftədə 5500 nəfər itirib

04.07.2022 - 16:06


Rusiya prezidenti Vladimir Putin bu gün müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

Cumhuriyyet.az Ria Novosti-yə istinadən xəbər verir ki, Şoyqu Putinə qondarma “Luqansk Xalq Respublikası”nın azad edilməsi barədə hesabat təqdim edib.

O bildirib ki, Rusiya Federasiyasının silahlı qüvvələri “Luqansk Xalq Respublikası”nın xalq milis bölmələri ilə birlikdə Lisiçansk və bir sıra digər yaxın yaşayış məntəqələri üzərində tam nəzarəti ələ keçirib.

İyulun 3-nə olan məlumata görə, ələ keçirlmiş ərazilərin ümumi sahəsi 182 kvadrat kilometr təşkil edib.

“İki həftə ərzində Lisiçansk və Severodonetsk ərazilərində ukraynalı qruplaşmalar mühasirəyə alınaraq məhv edilib. 25 yaşayış məntəqəsi nəzarətə götürülüb. Onlardan ən böyüyü Severodonetsk, Zolote, Qorskoye, Volçeyarovkadır. Əməliyyat dünən başa çatıb. “Luqansk Xalq Respublikası”nın ən böyük şəhərlərindən biri olan Lısıçansk azad edilib”.

Sergey Şoyqu Vladimir Putinə hesabatında bildirib ki, iki həftə ərzində Ukrayna Silahlı Qüvvələri 5500 nəfərə yaxın itki verib.

Nazir bildirib ki, Ukrayna qoşunları geri çəkilərkən Lisiçanskda 39 tank və digər zirehli texnika qoyub.

“Düşmən geri çəkilərək 39 tank və digər zirehli texnika, 11 silah və minaatan, 48 “Javelin” və “NLAW” tank əleyhinə raket kompleksləri, 18 “Stinger” sistemi, üç pilotsuz uçuş aparatını tərk edib”, – o, Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177954

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930