Britaniyanın Baş naziri postuna daha bir NAMİZƏD

09.07.2022 - 21:23

Böyük Britaniyanın nəqliyyat naziri Qrant Şapps ölkənin baş naziri postuna namizədliyini irəli sürmək niyyətindədir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Sunday Times” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Şapps qalib gələrsə, diqqətini iqtisadiyyatın bərpasına yönəldəcəyini vəd edib.

53 yaşlı Qrant Şapps Conson hökumətində istefa verməyən bir neçə nazirdən biridir.

Nazir uğurlu olarsa, ümummilli seçkilərin keçirilməsini istisna edib, lakin ilk 100 gün ərzində fövqəladə büdcə hazırlayacağını bildirib. Qəzet yazır ki, onun məqsədi əhalinin ən həssas təbəqələri üçün vergiləri azaltmaq və enerji istehlakı yüksək olan firmalara dövlət dəstəyi göstərmək olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=178294

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930