Çin Ukraynadakı müharibəyə neytral yanaşmır – Blinken

09.07.2022 - 23:51

ABŞ dövlət katibi Entoni Blinken Çinin Ukraynadakı müharibədə bitərəf olduğuna inanmır.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, Bali adasında çinli həmkarı Vanq Yi ilə beş saatdan çox davam edən görüşdən sonra bildirib.

O qeyd edib ki, Pekin BMT-də Rusiyanı dəstəkləyib və Rusiyayönlü təbliğatı artırıb. Blinken Çinin xarici işlər naziri ilə Rusiyanın Ukraynaya təcavüzünü müzakirə etdiyini açıqlayıb.

“Mən nazirə bir daha dedim ki, biz Çinin Rusiya ilə yaxınlaşmasından narahatıq”, – deyə o bildirib.

Blinken xatırladıb ki, Çin lideri Si Cinpin iyunun 13-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Kremllə tərəfdaşlığı dəstəklədiyini açıq şəkildə vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=178309

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930