Putin Səudiyyə lideri ilə neft bazarını müzakirə etdi
Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər neft bazarındakı vəziyyəti müzakirə ediblər.
Tərəflər OPEC+ çərçivəsində koordinasiyanı və Astana prosesinin qarant dövlət başçılarının bu həftə Tehranda baş tutan görüşünün nəticələrini nəzərə alaraq Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparıblar.
Short URL: https://www.cumhuriyyet.net/?p=179115