Fransada Putinə yaxın oliqarxlar yoxlanılacaq

25.07.2022 - 21:20

Fransa Milli Maliyyə Prokurorluğu rusiyalı oliqarxların daşınmaz əmlakını yoxlamaq qərarına gəlib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Xüsusilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə əlaqəli olan iş adamlarının yoxlanılacağı bildirilir.

Məlumata görə, “Transparency International” antikorrupsiya ictimai təşkilatı rusiyalı oliqarxların çirkli pulların yuyulması faktları ilə bağlı şikayət verib.

İstintaq çirkli pulların yuyulması, korrupsiya cinayətləri, dövlət vəsaitlərinin mənimsənilməsi və vergidən yayınma kimi ağır cinayətlərin təşkilatçılarına qarşı yönəlib. İş Ağır Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=179394

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930