Gürcüstanda matəm elan edildi
Gürcüstanda matəm elan olunub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qərar verib. Qərara əsasən, iyulun 30-u ölkədə matəm olacaq.
Matəmə səbəb Qudauri dağ kurortu ərazisində Daxili İşlər Nazirliyinə məxsus helikopterin qəzaya uğraması və nəticədə 8 nəfərin ölməsidir.
Matəm zamanı bayraqlar endiriləcək.
Short URL: https://www.cumhuriyyet.net/?p=179718