Baydenin reytinqi düşdü – Amerikalılar artıq onu bəyənmir

08.08.2022 - 17:48

ABŞ Konqresinə aralıq seçkilər keçiriləcəyi tarixə cəmi üç ay qalıb. Bu şəraitdə iqtisadi problemlərin həlli ilə bağlı məsələlər əlaqədar həm Ağ evdəki, həm də ölkənin qanunvericilik orqanındakı demokratlar üçün gərginlik yaranır.

Cumhuriyyet.az AzərTAc-a istinadən xəbər verir ki, amerikalılar iqtisadiyyatın indiki vəziyyətinə əvvəlki kimi mənfi münasibət bəsləyir və administrasiyanın gələcək kursu barədə bədbindirlər. Bu, Prezident Co Baydenin siyasətindən narazılıq doğurur. “ABC News” telekanalı və “Ipsos” beynəlxalq tədqiqat şirkəti tərəfindən “biliklər paneli”ndən – 60 mindən çox insana aid məlumat bazasından istifadə edilməklə aparılmış birgə rəy sorğusunun nəticələrinə görə, amerikalıların üçdə iki hissəsindən çoxu (69 faizi) hesab edir ki, ölkə iqtisadiyyatında vəziyyət pisləşməkdədir. Bu, 2008-ci ildən bəri ən yüksək göstəricidir. O vaxt “ABC News” telekanalı və “The Washington Post” qəzeti tərəfindən aparılmış birgə sorğunun nəticələrinə görə, respondentlərin 82 faizi bu fikirdə olub. Hazırda rəyi soruşulanların yalnız 12 faizi hesab edir ki, iqtisadiyyatda vəziyyət yaxşılaşır, 18 faiz isə əmindir ki, iqtisadiyyatda vəziyyət praktiki olaraq dəyişməyib.

 

Amerikalıların böyük əksəriyyətinin fikrincə, Prezident Bayden iqtisadiyyatı bərpa etmək vəzifəsinin öhdəsindən gələ bilmir. Onların rəyi iyunun əvvəlində keçirilmiş sorğu ilə müqayisədə praktiki olaraq dəyişməyib: Amerika sakinlərinin yalnız 17 faizi prezidentin işini bəyəndiklərini bildirib.

 

İnflyasiya məsələsində prezidentin reytinqi daha pisdir: respondentlərin təqribən 29 faizi Ağ ev rəhbərinin hərəkətlərini bəyənir, 69 faizi isə bəyənmir. Bu göstərici də iyun ayında bəri dəyişməyib.

 

Baydenin müsbət göstəricilərə nail olduğu yeganə kateqoriya benzinin bahalaşması probleminin həllidir. Hər üç amerikalıdan biri (34 faiz) benzinin qiyməti probleminin həlli ilə əlaqədar prezidentin hərəkətlərini bəyənir. Bu, iyun ayındakı ilə müqayisədə 7 faiz çoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180351

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930