Bayden “çip” qanununu imzaladı

09.08.2022 - 23:18

ABŞ Prezidenti Co Bayden Çinə yönələn çip istehsalının ABŞ-a qaytarılmasını təşviq edən 280 milyard dollarlıq çip qanununu imzalayıb.

Cumhuriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdəki Gül Bağçasında təşkil edilən mərasimdə bəzi ştatların qubernatorları, texnologiya şirkətlərinin rəhbərləri və xüsusi qonaqlar iştirak edib.

“Bu gün imzaladığım “Çip və Elm Aktı” Amerika xalqının ABŞ üçün nəsildə bir dəfə olan investisiya fürsəti kimi fəxr edə biləcəyi bir qanundur. Çip sənayesinin gələcəyi Amerikada istehsal olunacaq”, – Bayden deyib.

Qanunun həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəkləndiyini və bunun “kritik əhəmiyyətə malik” olduğunu qeyd edən Bayden, “Ölkəmizin gələcəyinə bu qədər nikbin baxmağımın səbəbi sizsiniz. Bilirsiniz, “Çip və Elm Aktı” Amerikada yarımkeçiricilər istehsal etmək səylərimizi gücləndirir. Təkcə bu investisiya 40 min iş yeri yaradacaq” deyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180445

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930