Ərdoğan Ukraynada səfərdədir – YENİLƏNİB

18.08.2022 - 15:26

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdədir.

Cumhuriyyet.az xəbər verir ki, dövlət başçısı bir qədər əvvəl Lvov şəhərinə çatıb.

Ərdoğan səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə görüş keçirəcək.

***

10:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri başlayır.

Cumhuriyyet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Ankaradakı Esenboğa hava limanından yola düşüb.

Türkiyə Prezidentini geniştərkibli nümayəndə heyəti müşayiət edir.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı son durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Ərdoğanın Ukraynaya ilk səfəridir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180867

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930