Zelenski xahiş etdi, Ərdoğan Putinlə DANIŞACAQ

19.08.2022 - 13:39

“Volodimir Zelenskinin bizdən istəyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azaldılmasıdır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə Lvovda keçirdiyi görüşdən danışarkən deyib.

Zelenskinin ondan nə xahiş etməsi haqda sualı cavablandıran Ərdoğan Zaporojyenin təsadüfi məsələ olmadığını söyləyib.

“Mövzu ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışacam. Ona görə də Rusiya dünyadakı sabitlik naminə bu adımı atmalıdır. Zaporojyenin təsadüfi məsələ deyil”.

Ərdoğan, həmçinin həmkarı Zelenskiyə Rusiya lideri Vladimir Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini vurğulayıb.

Qeyd edək ki, ötən gün Lvovda Türkiyə və Ukrayna prezidentləri arasında görüş keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180929

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930