Çin Putinin xahişini yerə salmadı – “Vostok-2022” təliminə qatılacaqlar

30.08.2022 - 16:01

Çindən Rusiya lideri Putinə gözlədiyi dəstək gəlib.

Cumhuriyyet.az bildirir ki, Rusiya ordusunun ev sahibliyi edəcəyi “Vostok-2022” təlimi üçün Moskvanın müttəfiqlərinə məxsus hərbi birləşmələr Rusiyaya gəlməyə başlayıb.

“Agence France-Presse” (AFP) xəbər agentliyinin məlumatına görə, sentyabrın 1-dən etibarən yeddi fərqli bölgədə keçiriləcək döyüş təlimlərində Belarus, Monqolustan, Suriya, Nikaraqua, Laos və Hindistan ilə yanaşı, Çindən olan əsgərlər də səhnəyə çıxacaq. Qeyd olunub ki, artıq Çin əsgərləri və tanklarını daşıyan qatarlar Rusiyanın şərq hissəsində yerləşən Primorsk vilayətinə gəlib. Qrodekovo stansiyasına enən Çin əsgərlərinin hamısının maska taxdığı bildirilib. Pekin rəhbərliyi “Vostok-2022”də iştirak edəcək əsgərlərin dəqiq sayını açıqlamayıb.

Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi təlimdə 50 mindən çox əsgər, 140 döyüş təyyarəsi və 60 döyüş gəmisinin iştirak edəcəyini bildirib, bu isə Qərb ölkələrində qorxu yaradıb. Rusiya ordusu qeyd edib ki, Ukraynada müharibənin davam etməsinə baxmayaraq, hava-desant qoşunları “Vostok-2022”də olacaq, eləcə də uzaqmənzilli bombardmançı təyyarələr havaya qalxacaq. Sözügedən “müharibə oyunu” bir həftə davam edəcək. Yeddi bölgəni əhatə edən təlim zonalarına Oxot dənizi və Yapon dənizi daxildir. Yapon dənizinin şimal və orta bölgələrindən istifadə ediləcəyini bildirən Rusiya xarici işlər nazirinin müavini Aleksandr Fomin, təlimin sırf “müdafiə” məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, sonuncu dəfə Rusiya və Çin orduları 2018-ci ildə analoji təlimdə bir araya gəlib, Putin güc nümayişini meydandan şəxsən izləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=181169

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930