cumhuriyyet.net
Qorbaçov 3 gün sonra dəfn ediləcək • Cumhuriyyət
SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq. Cumhuriyyet.az xəbər verir ki, bu barədə “İnterfaks“ agentliyi Qorbaçovun qızına istinadən məlumat yayıb. Bildirilir ki, Moskvada İttifaqlar Evinin Sütunlu salonunda vida mərasimi keçiriləcək və daha sonra Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq. Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da vəfat edib.
nesimi