Makron Qorbaçovdan danışdı

31.08.2022 - 22:42

“SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovun xatirəsi dünya liderlərini problemləri “ağıl və dialoq əsasında” həll etməyə təşviq etməlidir”.

Cumhuriyyet.azxəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron SSRİ-nin birinci prezidentinin vəfatı münasibətilə rəsmi müraciətində deyib.

Yelisey sarayının çərşənbə günü yaydığı bəyanatda deyilir: “Respublika Prezidenti öz səylərini sülh və demokratiya quruculuğuna həsr etmiş cəsarətli və səmimi islahatçının irsini salamlayır. Onun xatirəsi bizi ağıl və dialoq yoluna qaytarmalıdır.

“O, bir çox cəhətdən Avropa qitəsində barışığa töhfə verdi”, – deyə Makron bildirib. Fransa lideri Qorbaçovun nüvə müharibəsinin qarşısının alınmasında, xüsusən 1991-ci ildə Strateji Silahların Azaldılması Müqaviləsi imzalanmasında mühüm rolunu, eləcə də prezidentliyi dövründə təşkil olunmuş qoşunların Əfqanıstandan nizamlı şəkildə çıxarılmasında böyük rolu olduğunu bildirib.

O xatırladıb ki, 1990-cı ildə siyasətçi “soyuq müharibənin sülh yolu ilə başa çatmasına” və qitənin iki əks bloka bölünməsini aradan qaldırdığına görə Nobel Sülh Mükafatına layiq görülüb.

 

“1985-1991-ci illərdə hakimiyyətin zirvəsinə çataraq, tarixin gedişatını dəyişdirən radikal və dinc transformasiyalara başladı”, – deyən Makron, dövrümüzün dünya dəyişikliklərinin başlanğıcında dayanan “böyük şəxsiyyətlər” sırasında Qorbaçovun adını çəkib. Fransa prezidenti Fransua Mitteran, İngiltərənin baş naziri Marqaret Tetçer, ABŞ prezidenti Ronald Reyqan və Almaniyanın federal kansleri Helmut Kol kimi.

 

Qeyd edək ki, SSRİ-nin ilk və yeganə prezidenti avqustun 30-da 92 yaşında vəfat edib. Qorbaçov 6 il ən yüksək dövlət postunu tutub. O, 1985-ci ildə Sov.İKP MK-nın Baş katibi seçildikdən dərhal sonra yeni kurs elan edib, sonra SSRİ Ali Sovetinə rəhbərlik edib, prezident postunun təsis edilməsini və konstitusiyanın aparıcı rol haqqında maddəsini ləğv etməyi təklif edib. Bu zaman rusca “perestroyka” və “qlasnost” sözləri dünyanın bir çox dillərinə daxil olub. Qorbaçov 1991-ci il dekabrın 25-də SSRİ-nin prezidenti vəzifəsindən istefa verib, eyni zamanda Sovet İttifaqı mövcudluğunu dayandırdı. Qorbaçovla vida mərasimi sentyabrın 3-də Moskvada keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=181238

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728