Macarıstan Rusiyadan əlavə qaz alacaq
Macarıstan “Qazprom”la razılaşma əldə edib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyaro məlumat verib.
Onun sözlərinə görə, yeni razılaşmaya əsasən sentyabrın 1-dən etibarən Macarıstana müqavilədə nəzərdə tutulandan əlavə 5,8 milyon m³ təbii qaz ötürüləcək.
Short URL: https://www.cumhuriyyet.net/?p=181245