Putin Ukraynadakı müharibənin məqsədini açıqladı

01.09.2022 - 18:59

Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisində Rusiya əleyhinə anklavın yaradıldığını iddia edib.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, Kalininqradda baş turan “Vacib olanlardan danış” adlı açıq dərs zamanı danışıb.

 

Onun sözlərinə görə, Rusiyanın “xüsusi əməliyyatı”nın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır -red) məqsədi bu anklavı aradan qaldırmaqdır.

 

“Buna görə də orada döyüşən bizim uşaqlar həm Donbass sakinlərini, həm də Rusiyanın özünü qoruyurlar”, – Putin deyib.

 

O, həmçinin iddia edib ki, Donbasda yaşayan insanlar özlərini “Rusiya dünyasının ümumi humanitar, mədəni, linqvistik məkanının” bir hissəsi hesab edirlər.

Short URL: https://www.cumhuriyyet.net/?p=181325

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728