HIMARS-la Rusiyanın 450 hədəfi vurulub
Ukrayna ABŞ tərəfindən tədarük edilən HIMARS raket sistemləri ilə Rusiyanın 400-dən çox hədəfini vurub.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli bildirib.
“Biz bu sistemlərin istifadəsində Ukraynadan real və ölçülə bilən qazanclar görürük. Məsələn, ukraynalılar HIMARS ilə 400-dən çox hədəfi vurdular və onların dağıdıcı təsiri oldu”, deyə o, Almaniyanın cənubundakı Ramşteyn aviabazasında bildirib
ABŞ-ın müttəfiqləri qeyd olunan aviabazada Kiyevə hərbi dəstəyi müzakirə edəcək.
Short URL: https://www.cumhuriyyet.net/?p=181676