Köçəryan tərəfdarlarına söz verdi

20.09.2022 - 17:11

Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə görüşdə müxalifətin “Müqavimət” hərəkatının lideri kimi çıxış etməməsinin səbəbini açıqlayıb.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Köçəryanın tərəfdarları ilə görüşü dünən keçirilib.

Eks-prezident qeyd edib ki, 2021-ci ilin iyulunda keçirilən parlament seçkilərindən sonra səsvermənin nəticələri təhlil edilib və onun blokunun qalib gəlməsinə mane olan iki amil müəyyən edilib. Köçəryanın qənaətinə görə, seçkiqabağı kampaniya zamanı iki tezis irəli sürülüb: “Hayastan” blokunun təklif etdiyi “Layiqli sülh” və Ermənistan hakimiyyətinin irəli sürdüyü “Nəyin bahasına olursa olsun sülh”.

Köçəryan hesab edir ki, onun siyasi yolu, müharibədə qalib gələn lider obrazı yeni müharibədən çəkinən seçiciləri qorxudub.

Onun sözlərinə görə, ikinci amil Ermənistan və Qarabağdan olan siyasətçilərin köhnə və yeniyə bölünməsidir. Köçəryanın sözlərinə görə, bu ideyalar uzun illər ərzində alovlanıb və vətəndaşların şüurunda öz izlərini qoyub.

“Bu iki tezisi zərərsizləşdirmək üçün yürüşlərdə iştirak etdim, amma lider kimi çıxış etmədim. Məqsədimizə çata bilmədik, lakin təşkilati məsələləri həll etdik. Ermənistan tarixində ilk dəfə belə bir mütəşəkkillik və genişmiqyaslı hərəkat oldu”.

Köçəryan əmin edib ki, müxalifət fəaliyyətini davam etdirəcək, vəziyyəti təhlil edəcək və mübarizəni sürdürəcək. O əlavə edib ki, artıq başqa bir layihə üzərində işləyir, lakin detalları açıqlamayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182197

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930