ABŞ İranın əxlaq polisinə sanksiya tətbiq etdi

22.09.2022 - 20:05

ABŞ İranın əxlaq polisinə qarşı sanksiyalar tətbiq edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, polis şöbəsində vəfat edən Məhsa Əmininin öldürülməsinə görə iranlı yüksək vəzifəli şəxslərə bir sıra qadağalar qoyulub.

Siyahıda İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəri daxil olmaqla 7 nəfər var.

“Məhsa Əmini Əxlaq Polisinin nəzarətində olan cəsarətli qadın idi və onun ölümü İran rejiminin təhlükəsizlik qüvvələrinin öz xalqına qarşı növbəti zorakılığıdır. Biz bu vicdansız hərəkəti ən kəskin şəkildə pisləyirik və İran hökumətini qadınlara qarşı zorakılığına və ifadə və toplaşma azadlığına qarşı davam edən zorakılığa son qoymağa çağırırıq”, – deyə ABŞ maliyyə naziri Janet Yellen bildirib.

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182420

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930