Çavuşoğludan Rusiyanın səfərbərlik elan etməsinə MÜNASİBƏT

23.09.2022 - 20:20

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Nyu-Yorkda “Astana formatı” çərçivəsində keçirilən görüş zamanı Rusiyanın qismən səfərbərlik elan etməsini müzakirə etməyib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

“Təbii ki, Lavrov bu qərarı müdafiə edəcək. Qismən səfərbərlik elan etmək hər bir ölkənin öz qərarıdır, amma səbəbi nədir? Bir müharibə gedir, bu nə zaman bitəcək, hər kəs bunu bilmək istəyir. Bu səfərbərlik müharibənin qısa sürməsinəmi, ya daha da uzanacağınamı yol açacaq? Təbii ki, hər kəs bu qərardan sonra müharibənin daha da uzanacağını görür”, – Çavuşoğlu əlavə edib.

O vurğulayıb ki, bu səbəblə Türkiyə iki lideri bir araya gətirərək, bu müharibənin tezliklə bitməsini istəyir.

Short URL: https://www.cumhuriyyet.net/?p=182496

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728