Daha bir ölkə “Bayraktar” aldı

23.09.2022 - 21:29

Türkiyənin “Baykar” şirkəti bu ay Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “Bayraktar TB2” zərbə PUA-larını tədarük edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyədəki mənbələrinə istinadən məlumat yayıb.

Agentlik bildirir ki, BƏƏ-yə ilkin olaraq 20 PUA təhvil verilib. Tədarüklərin davam edəcəyi deyilir.

Qeyd olunub ki, BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı da Türkiyə PUA-ları ilə maraqlanır. Məlumata görə, rəsmi Ər-Riyad Türkiyə PUA-ları üçün yerli fabrik qurmaq istəyir.

Şirkətin icraçı direktoru Haluk Bayraktar ötən ay “Baykar”ın TB2 üçün 22 ölkə ilə ixrac müqaviləsi imzaladığını vurğulayıb.

Short URL: https://www.cumhuriyyet.net/?p=182504

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728