“Müharibəyə getməyə hazıram” – Timati
39 yaşlı rusiyalı reper Timati qismən səfərbərlik elanından sonra Rusiyadan qaçması ilə bağlı iddialara sosial şəbəkə hesabında cavab verib.
Cumhuriyyet.az-ın məlumatına görə, Özbəkistana gedən reper artıq Moskvaya qayıdıb.
“Mən Moskvadayam. Evdəyəm. Heç yerə mühacirət etmək fikrim yox idi və planlaşdırmıram, mənim yerim buradadır”, – Timati deyib.
O bildirib ki, lazım olduğu təqdirdə müharibəyə yollanmağa hazırdır.
Short URL: https://www.cumhuriyyet.net/?p=182658