Prezidentdən Lukaşenkonun Abxaziyaya səfərinə ETİRAZ

28.09.2022 - 21:11

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, özünün Twitter hesabında paylaşım edib.

Zurabişvili səfərin beynəlxalq hüquqa zidd olduğunu bildirib. O, həmçinin bu addımın Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.

Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Abxaziyaya səfər edib. Lukaşenko səfəri çərçivəsində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüş keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, eləcə də beynəlxalq məsələlər müzakirə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182803

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930