ABŞ yeni hərbi komandanlıq yaradır

30.09.2022 - 11:29

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya kömək üçün yeni komandanlıq yaradacaq.

Cumhuriyyet.az xəbər verir ki, bunu “The New York Times” nəşri yazıb.

Bildirilib ki, ABŞ Müdafiə Departamenti müttəfiqlərinin Ukrayna ordusunu necə hazırladığını və təchiz etdiyini yenidən nəzərdən keçirmək qərarına gəlib.

Qəzetin məlumatına görə, ABŞ admiralları və generalları yeni komandanlığın yaradılması ideyası ilə razılaşıblar. Onlar hesab edirlər ki, bu, çox aktual və vacibdir. Çünki yeni sistem müttəfiqlərin və tərəfdaşların öz avadanlıqlarını təhvil vermək və Ukrayna hərbçilərinə təlim keçmək baxımından riayət edə biləcəkləri formal təhlükəsizlik strukturu yaradacaq.

Xatırladaq ki, sentyabrın 28-də ABŞ Senatı Ukraynaya təxminən 1,1 milyard dollar məbləğində yeni yardım paketini təsdiqləyib.

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək ABŞ Kiyevə 25 milyard dollar yardım edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182927

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930