ABŞ-ın 6 ştatı Baydeni məhkəməyə verdi

30.09.2022 - 11:30

ABŞ-ın altı ştatı bəzi amerikalıların tələbə borclarını silmək qərarına görə prezident Co Baydenə, həmçinin Təhsil Departamenti və onun rəhbəri Migel Kardona qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə iddia qaldırıb.

 

Cumhuriyyet.az xarici KİV-ə istinadən bildirir ki, kollektiv məhkəmə iddiası Ayova, Kanzas, Missuri, Nebraska, Cənubi Karolina və Arkanzas ştatları tərəfindən qaldırılıb.

 

“Heç bir qanunvericilik Prezident Baydenə öz təşəbbüsü ilə milyonlarla insanı könüllü olaraq götürdükləri borcları ödəmək öhdəliyindən azad etməyə icazə vermir”, – iddiada qeyd olunub.

 

Arkanzas ştatının baş prokuroru Lesli Rutlec aydınlaşdırıb ki, qanunla Təhsil Departamenti balansda olan borcları toplamalıdır və dövlət başçısının bunu heç bir şəkildə ləğv etmək səlahiyyəti yoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182931

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930