II Qaregin Ter-Petrosyanla görüşdü – Dindarların təzyiqinə məruz qaldı

30.09.2022 - 16:32

Erməni Telegram kanallarının məlumatına görə, bütün ermənilərin katolikosu II Qaregin bu gün Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.

Cumhuriyyet.az xəbər verir ki, təfərrüatlar barədə məlumat açıqlanmasa da, Ermənistandakı vəziyət və ölkənin eks-prezidentlərinin növbəti görüşünə hazırlığın müzakirə olunduğu qeyd edilir.

“Bir tərəfdən sabiq prezidentlərin növbəti görüş hazırlanır, digər tərəfdən də katalikos onlarla ayrı-ayrılıqda təmasa keçir. II Qareginin baş nazir Nikol Paşinyanla da danışdığı və ya görüşdüyü haqda xəbərlər yayılır”, – deyə “Hraparak” qəzeti yazıb.

Xəbərlərə görə, II Qaregin bu məsələdəki roluna görə, yüksək rütbəli din xadimlərinin təzyiqi ilə qarşılaşıb. Bildirilir ki, buna səbəb ötən görüşdən sonra birinci prezident Levon Ter-Petrosyanın İctimai Televiziyanın efirində səsləndirdiyi fikirlərdir. Guya, Ter-Petrosyanın “Ermənistan artıq kapituliyasiya edib, İrəvan Qarabağda səs hüququnu itirib” kimi fikirləri, həmçinin eks-prezidentləri baş nazir Paşinyanın qəbul edəcəyi qərarlara hörmət etməyə çağırması, Azərbaycan və Türkiyə ilə sülh müqaviləsi bağlamaqdan başqa yol qalmadığını söyləməsi müxalifyönlü dindarları qəzəbləndirib.

Xatırladaq ki, erməni katalikos eks-prezidentləri ötən həftə görüşdürmüşdü. Həmin görüşdə Ermənistanın düşyüdü ağır hərbi-siyasi vəziyyət müzakirə olunmuşdu. Daha sonra ayrı-ayrılıqda mətbuata geniş açıqlamalar verən sabiq prezidentlər Ermənistan cəmiyyətində böyük səs-küy yaratmışdılar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182973

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930