cumhuriyyet.net
BP rəsmisi: Kibertəhdidlər artır • Cumhuriyyət
Xəzər dənizində bizə həvalə edilən layihələr üzrə 8 platforma fəaliyyət göstərir. Cumhuriyyet.az xəbər verir ki, bunu BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə, ölkənin sənayesi üçün kibertəhdidlər artmaqdadır. “Risklərin azaldılması istiqamətində tədbirlər görülür. Üç universitetlə kibertəhlükəsizlik laboratoriyalarının qurulması istiqamətində müzakirələr aparırıq”, – deyə şirkət rəsmisi bildirib.
nesimi